7.9.09

Kompozisiyanın 10 qaydası

Şəkil çəkərkən kompozisiya qaydalarına diqqət etmək gərəkdir. Bu işlərinizin daha estetik, diqqət çəkən, mənalı etməyə kömək edəçək. Bu qaydalar əsasən aşağıdakılardır.

1) Kontrast

1

Tamaşaçı diqqətini necə çəlb etmək olar ? Fotoşəkildə kontrast olmalıdır. Daha açıq rəngli obyekt tünd fonda və ya tünd rəngli obyekt açıq fonda. Sarı və qəhvəyi rəngli fonda portret şəkil çəkməyin bu fotonu təbii etməyəcək. Ala-bəzək fonda portret çəkməyin bu diqqəti yayındırır.

2) Düzülüş

2

Süjetin əsas elementləri xaotik düzülməməlidir. Onlar hər hası həndəsi fiqurla düzülsə yaxşıdır.

3) Müvazinət

3

Müxtəlif hissələrdə yerləşən obyektlər həcminə, ölçüsünə, tonuna görə bir-biri ilə uyğunluq təşkil etməlidir.

4) Qızıl aralıq

4

Qızıl aralıq prinsipi hələ qədim Misirdən bəlli olub. Onun xüsusiyyətlərini Evklid və Leonardo da Vinçi öyrənib təhlil edirdilər. Qızıl aralığın sadə izahı obyektin ən yaxşı çəkiliş nöqtəsidir – kadrın üfüqi və şimalı sərfəddindən 1/3 qədərki məsafə. Əsas, vacib obyektlərin bu nöqtələrdə yerləşməsi təbii görünür və diqqəti çəkir.

5) Dioqanal

5

Dioqanal kompozisiya ən effektivindən sayılır. Mahiyyəti çox sadədir. Əsas obyektlər kadrın dioqanalı boyunca yerləşir. Bu da bütün kadr boyu diqqəti çəkmiş olur.

6) Format

6

Əgər kadrda şaquli obyektlər üstünlük təşkil edirsə şaquli çəkiliş aparın. Əgər mənzərə çəkirsinizsə üfiqi çəkiliş aparın.

7) Çəkiliş nöqtəsi

7

Kadrda çəkiliş nöqtəsi təsvirin emosianallığına birbaşa təsir edir. Bir neçə qaydaları nəcərə alaq. Portretdə ən yaxşı çəkiliş nöqtəsi göz səviyyəsindən başlayır. Çalışın kadrda üfüq xətti təsviri iki bərabər yərə bolməsin. Bu halda tamaşaçı əsas obyektə fokuslana bilmir. Kameranı çəkiləcək obyektin səviyyəsində saxlamağa üstünlük verin. Üst hissədən çəkilən obyekt olduğundan kiçik görünə bilər. Məsələn hündürdən insan boyu çəksəniz balaca boylu insan təsviri almış olacaqsınız. Uşaqları çəkən də də onların gözləri səviyyəsindən çəkin.

8 ) İstiqamət

8

Gözümüz soldan sağa oxumağa oxumağa öyrəşib. Bunu da diqqət etməyiniz gərəkdir. Çalışın əsas obyekt sağda yerləşsin. Nəticədə baxışlar və əsas obyekt üz-üzə gələcək. Kompozisiya quranda buna diqqət edin.

9) “Rəng ləkəsi”

9

Əgər kadrda “rəng ləkəsi” varsa digər tərəfdə də “ləkə” olması yaxşıdır. Diqqəti çəkmək üçün burada hərəkət də ola bilər.

10) Hərəkət

10

Hərəkət edən obyektləri(avtomobil, velosiped) çəkəndə öndə mütləq yer saxlayın. Obyekti elə yerləşdirin ki, o kadra yenicə daxil olmuş kimi görünsün.

No comments:

Post a Comment