Asta Fotoqrafiya
Onuncu Ümumdünya Pinhol Fotoqrafiya Günü
HARADA VƏ NƏVAXT
Ümumdünya Pinhol Fotoqrafiya Günü (ÜPFG) onuncu gününü qeyd edir.
25 aprel 2010-cu ildə baş tutacaq, fantaziyanızı, yaradıcılıq imkanlarınızı, linzasıs fotoqrafiya təcrübənizi artırmağa imkan yaradacaq beynəlxalq tədbirdə bütün dünyadan 3200-dən çox fotoqrafın iştirak edəcəyi gözlənilir.
NECƏ
Dünyanın hər yerindən hərkəsi bazar günü 25 aprel tarixində 24 saat ərzində pinhole kamera ilə şəkil çəkməyə və http://www.pinholeday.org saytına yükləməyə dəvət edirik. Hər bir iştirakçının bir fotoşəkli premium pinhol fotoqrafiya qallereyasının bir hissəsi olacaq.
NƏDİR BU
Pinhol fotoqrafiya linzasız amma kiçik dəlik vasitəsilə çəkilir. Pinhol dəliyin ölçüsü çümlənin sonundakı nöqtənin ölçüsü qədərdir. Fotoşəkilləri kiçik dəliylə təhciz olunmuş requlyar kameralarla, o cümlədən rəqəmsal kameralarla da çəkmək mümkündür. Daha gözəl nəticələr linzasız fotoqrafiya üçün düzəldilən kiçik dəlikli pinhole kameralar vasitəsiylə əldə edilə bilər. Müxtəlif əşyalardan-ayaqqabı qutularından, çay qutularından və buna bənzər qutulardan özünüz düzəltdiyiniz kameralar çox yaradıcı, məzəli və didaktikdir. İşıqkeçirməz düzəldilə bilən istənilən konteynerdən pinhol kamera qurmaq mümkündür.
İnsanların artan sayı göstərir ki, pinhole fotoqrafiyanın çəlbedici təcrübəsinə maraq daim artmaqdadır. İlk dəfə 2001-ci ildə 24 ölkədən 291 pinhol fotoqraf internet sərgisində iştirak etmişdir. 2008-ci ildə iştirakçıların sayı 62 ölkədən 2628-ə çatmışdır. Ötən il isə onların sayı 69 ölkədən 3202 nəfər idi.
DÜNYADA
Aprelin 25-i dünyanın hər yerindən çox sayda pinhole fotoqrafiya tədbirlərini görəcəyik, seminardan başlayaraq fotoşəkil çəkən dostlar qrupu, eleqant sərgilər, məktəbli şagirdlərə qədər. Gənclərə və məktəblilərə xüsusi diqqət yetirin.
BİZ KİMİK
ÜPFG könüllülərin çoxluğu ilə şövqlü işi ilə bütün dünyaya səpələndi. Onların səyləri beynəlxalq koordinasiya qrupuna yönəlib:
Tom Miller – ABŞ (Qrup rəhbəri və tədbirlər), Paolo Aldi – İtaliya (Təbliğat),
Nik Dvoraçek - ABŞ (Dəstək), Wolfqanq Thoma – Belgiya (Tərcümə),
Jeyson Şlaux – ABŞ (Vebusta), Çak Fleqq – ABŞ (Təhsil)
Ətraflı məlumat və tam proqram haqqında informasiyaya aşağıdakı ünvandan baxa bilərsinizhttp://www.pinholeday.org.
NƏ ÜÇÜN
Nə üçün pinhole ilə “Asta Fotoqrafiya” ? Ona görə ki, bu cür fotoqrafiya:
Müstəqil
Kamera ilə əldə etdiyimiz təsvirin tam sahibi olmaq hissi.
Sehirli
Əldə etdiyimiz “kamera obskura”-dan, texniki bacarığımızdan asılı olmayaraq nəticə sehirli olacaq.
Dünya
İynə ucu boyda dəlikdən dünya sonsuzdur, sakitdir, heyranedicidir.
Zaman
Linzasız kamera ilə əldə edilən təsvirdə dayanmış və bölünmüş atmosferin hakimlik etməsi zaman ilə çox sıx əlaqənin nəticəsidir. Şəkli unudun: təsvir ekspozisiya olunana kimi saniələr, dəqiqələr keçəcək.
Pinhol səbir fotoqrafiyasıdır. Ənənəvi fotoqrafiyada, eləcədə rəqəmsal fotoqrafiyada durmadan çəkmək olar və müəyyən yerləri biz sonradan görmüş oluruq. Pinhol fotoqraf isə çəkəcəyi obyekt üzərində daha diqqətli seçim edir. O dayanmadan çəkə bilməz.
Düşüncənin Ekoloqiyası
Pinhol fotoqraf işini yerinə yetirməsi üçün kiçik qutunu gözləyir, həmin vaxtda onlar ətrafa baxaraq düşünürlər.
“Pis çıxan” fotoşəkillərə görə narahat olmağa dəyməz: gözlənilməz işıq müdaxilələri, difraksiya, alınmayan fotoşəkillər olduqda belə pinhole fotoqraflar onu qəbul edir və bunu bədii yaradıcılıqda əldə etdiyi şansları kimi dəyərləndirirlər. Təsvirin ekologiyası düşüncənin ekologiyasına çevrilir.

No comments:
Post a Comment