Rollei 35 klassik kamerası 1966-cı ildə Heynç Vaske(Heinz Waaske)tərəfindən qurulub və uzün müddət 35 mm fotolentli kameralar arasında ən miniatürü sayılırdı. 1966-cı ildən bu kameradan 2 milyona qədər istehsal olunub. Hələ indi də bu kameranı axtaran, almaq və çəkmək istəyənlər çoxdur. Bu kameradan Böyük Britaniya kralıçası II Yelizaveta da istifadə edib.
Beləliklə DWH Fototechnic Gmbh(Rolleiflex fototexnika istehsalçısı) Rolle 35 kameralarını məhdud sayda yenidən istehsal etməyə başlayır. Rollei 35 "Sehirli Rənhlər" seriyası əvvəlkindən fərqli dekorlarla təmin olunub. Korpus iz qalmayan təbəqə ilə örtülüb. İstifadə edilən 20 rəngdə yalnız 5 kamera istehsal olunacaq. Rollei 35 kamerası Rollei S-Apogin HFT 40/2.8 obyektivi ilə təhciz olunub. Fokuslama məsafə şkalası ilə idarə olunacaq. Kamera eksponometrlə də təhçiz olunub.


No comments:
Post a Comment