29.12.10

Elektron qurğular uşaqların yaradıcılıq qabiliyyətini məhv edir

Elektron qurğular uşaqların yaradıcılıq qabiliyyətini aşağı salır. Bunu,  "College of William&Mary" kollecinin professoru Kyunk Hi Kim Encyclopedia Britannica-ya müsahibəsində deyib. Eyni zamanda kreativlik və özünü ifadə etmək səviyyəsinin aşağı düşməsi problemi həm uşaqlara həm də böyüklərə çiddi təsir göstərdiyini iddia edir professor. Azyaşlı uşaqlara bu halda məktəb və ya digər təhsil ocaqları deyil, evdəki vəziyyət, abu-hava daha çox təsir edir. Belə ki, məhz evdə və valideyinlərin köməyi ilə uşaqların yaradıcılıq potensialı formalaşır.
Evdə uşaqlar yaradıcılıqlarını inkişaf etdirəcək konstruktor yığmaq, rəsm çəkmək, plastilinlə oynamaq əvəzinə tv verilişlərə, kompüterə, kompüter oyunlarına və digər müasir qurğulara kifayət qədər vaxt sərf edirlər.
Mobil qurğuların bütün üstün cəhətlərinə baxmayaraq, şəbəkədə keçirilən vaxt uşaqların və gənclərin xeyrinə deyil. Bu halda fikrini çəmləşdirmək qabiliyyəti aşağı düşür, toplu halında informasiya selindən lazım olan məlumatı ayırmaq çətinləşir. Bundan əlavə çox sayda eəldə edilən məlumatların əksəyiyyətini marketoloqların və reklamçıların nağılları olur. Araşdırmalar göstərir ki, hətta öyrədici tv verilişlər belə uşaqların inkişafına yox, ziyanınadır.
Professor videooyunların da bu halda xüsusi yerinin olduğunu deyir. Kifayət qədər sevilən bu oyunlar bir tərəfdən reaksiyanı təlimləndirir, zehni gücləndirir və onların virtual məkanına çevrilir. Amma bu da onların özünü ifadə bacarığını, yaradıcılıq qabiliyyətini aşağı salır. Əksər oyunlar əvvəlcədən proqramlaşdırır və bundan kənara çıxmaq mümkün olmur. Bu o demək deyil ki uşaqlar ümumiyyətlə oyun oynamamalıdırlar. Amma valideyinlər buna lazım olduğundan daha çoxuna imkan yaradırlar, deyir professor Kyunk.


No comments:

Post a Comment