Pinhol kameranın hazırlanması nə qədər sadə olsa da pinhol obyektivin dəliyinin diametrini ölçmək bir o qədər çətin görünə bilər. Gözlə gücnən görünən bu dəliyin ölçüsünü necə tapa bilərik axı ? Çox sadə, adi skanerlə.
Bunun üçün nə etməliyik,
Pinhol obyektivi böyük ölçüdə skan edirik
Piksellə ölçüsünü təyin edirik
Hansı ölçüdə(dpi) skan etdiyimizi bilərək pikseli millimetrə çeviririk
Yuxarıda gördüyünüz pinhol 4800dpi la skan edilib və dəliyin ölçüsü 56 pikseldir. Bildiyimiz kimi 1 düym 25.4 mm-dir və dəliyin ölçüsü millimetlə aşağıdakı kimi olacaq
56*25.4/4800=0.296 mm
Beləliklə məlum oldu ki pinholun diametri 0.3mm-dir. Bunu təyin etmək isə pinhol kameranı düzəltmək və onu düşgün istifadə etmək üçün çox vacibdir. Növbəti dəfə pinholun diametrinə görə diafraqmanın, fokus məsafəsinin və expozisiya müddətinin təyin edilməsi haqqında qısa məlumat veəcəyəm.
Xeyirli olsun!


No comments:
Post a Comment