Asta Fotoqrafiya
11-ci Ümumdünya Pinhol Fotoqrafiya Günü
Harada və nəvaxt
Ümumdünya Pinhol Fotoqrafiya Günü (ÜPFG) onbirinci gününü qeyd edir. 24 aprel 2010-cu ildə baş tutacaq, fantaziyanızı, yaradıcılıq imkanlarınızı, linzasıs fotoqrafiya təcrübənizi artırmağa imkan yaradacaq beynəlxalq tədbirdə bütün dünyadan ötən ilki rekordu aşaraq 3400-dən çox fotoqrafın iştirak edəcəyi gözlənilir. Ümumdünya Pinhol Fotoqrafiya Günü aprel ayının son bazar günü keçirilir.
Necə
Dünyanın hər yerindən hərkəsi bazar günü 24 aprel tarixində 24 saat ərzində pinhole kamera ilə şəkil çəkməyə və http://www.pinholeday.org/ saytına yükləməyə dəvət edirik. Hər bir iştirakçının bir fotoşəkli premium pinhol fotoqrafiya qallereyasının bir hissəsi olacaq.
Bu nədir
Pinhol fotoqrafiya linzasız amma kiçik dəlik vasitəsilə çəkilir. Pinhol dəliyin ölçüsü çümlənin sonundakı nöqtənin ölçüsü qədərdir. Fotoşəkilləri kiçik dəliylə təhciz olunmuş requlyar kameralarla, o cümlədən rəqəmsal kameralarla da çəkmək mümkündür. Daha gözəl nəticələr linzasız fotoqrafiya üçün düzəldilən kiçik dəlikli pinhole kameralar vasitəsiylə əldə edilə bilər. Müxtəlif əşyalardan-ayaqqabı qutularından, çay qutularından və buna bənzər qutulardan özünüz düzəltdiyiniz kameralar çox yaradıcı, məzəli və didaktikdir. İşıqkeçirməz düzəldilə bilən istənilən konteynerdən pinhol kamera qurmaq mümkündür.
İnsanların artan sayı göstərir ki, pinhole fotoqrafiyanın çəlbedici təcrübəsinə maraq daim artmaqdadır. İlk dəfə 2001-ci ildə 24 ölkədən 291 pinhol fotoqraf internet sərgisində iştirak etmişdir. Ötən il isə onların sayı 70 ölkədən 3449 nəfər idi.
Dünyada
Ümumdünya Pinhol Fotoqrafiya Günüə qədər dünyanın hər tərəfində pinhol tədbirlər, ustad dərsləri, seminarlar, fotoşəkil çəkən dostlar qurupu, sərgilər görəcəyik. Gənclərə və məktəblilərə xüsusi diqqət yetirin.
Biz kimik
ÜPFG könüllülərin çoxluğu ilə şövqlü işi ilə bütün dünyaya səpələndi. Onların səyləri beynəlxalq koordinasiya qrupuna yönəlib: Tom Miller – ABŞ (Qrup rəhbəri və tədbirlər), Paolo Aldi – İtaliya (Təbliğat), Nik Dvoraçek - ABŞ (Dəstək), Wolfqanq Thoma – Belgiya (Tərcümə), Qrek Kemp – ABŞ (Vebusta), Çak Fleqq – ABŞ (Təhsil)
Ətraflı məlumat və tam proqram haqqında daim yeniləşən informasiyaya aşağıdakı ünvandan baxa bilərsiniz http://www.pinholeday.org/
Nə üçün
Nə üçün pinhole ilə “Asta Fotoqrafiya” ? Ona görə ki, bu cür fotoqrafiya:
Realizə
Özünüzü fotokameranın bir hissəsi deyil, prosessin bir hissəsi kimi hiss edəcəksiniz.
Sehirli
Əldə etdiyimiz “kamera obskura”-dan, texniki bacarığımızdan asılı olmayaraq nəticə sehirli olacaq.
Dünya
İynə ucu boyda dəlikdən dünya sonsuzdur, sakitdir, heyranedicidir.
Zaman
Linzasız kamera ilə əldə edilən təsvirdə dayanmış və bölünmüş atmosferin hakimlik etməsi zaman ilə çox sıx əlaqənin nəticəsidir. Şəkli unudun: təsvir ekspozisiya olunana kimi saniələr, dəqiqələr keçəcək.
Pinhol səbr fotoqrafiyasıdır. Ənənəvi fotoqrafiyada, eləcədə rəqəmsal fotoqrafiyada durmadan çəkmək olar və müəyyən yerləri biz sonradan görmüş oluruq. Pinhol fotoqraf isə çəkəcəyi obyekt üzərində daha diqqətli seçim edir. O dayanmadan çəkə bilməz.
Düşüncənin təbiəti
Pinhol fotoqraf işini yerinə yetirməsi üçün kiçik qutunu gözləyir, həmin vaxtda onlar ətrafa baxaraq düşünürlər.
“Pis çıxan” fotoşəkillərə görə narahat olmağa dəyməz: gözlənilməz işıq müdaxilələri, difraksiya, alınmayan fotoşəkillər olduqda belə pinhole fotoqraflar onu qəbul edir və bunu bədii yaradıcılıqda əldə etdiyi şansları kimi dəyərləndirirlər. Təsvirin təbiəti düşüncənin təbiətinə çevrilir.

This comment has been removed by the author.
ReplyDelete