5.5.11

Mircavad Axundzadə-Birinci Fotoqraf

Foto: Hüseyn Hüseynzadə
   Azərbaycanın ilk fotoqrafları əsasən əcnəbillər təşkil edib. Mircavad Axundzədə isə Azərbaycanlı ilk fotoqrafdır. Elə üzun illərdir fotoqraf haqqında məlumat çox azdır deyə-deyə gəlmişik. Amma son zamanlar AFB, Mircavad Axundzadə haqqında bir qədər məlumat eldə edə bilib. Odur ki, bu məlumatı Vikipediya virtual ensiklapediyasına da əlavə etməyi zəruri bildim.
Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın səkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Fotoqraf haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə Ağ-Qara dünya sənədli filmi də çəkilib. Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib.
  Əgər Sizin də Mircavad Axundzadə haqqında əlavə məlumatınız varsa vikipediadakı məqaləni zənginləşdirməyə çalışın ya da bu məlumatı mənə göndərin.


Diqqətinizə görə təşəkkür edirəm!

No comments:

Post a Comment