16.5.11

Rusiyadan aldığımız jurnallar harada çap olunur ?


Azərbaycanda çap edilən jurnalların, kitabların əksəriyyətinin keyfiyyəti aşağı vəziyyətdədir. Bu yaxınlarda uşaqlar üçün nəzərdə tutulan "Elli boya", "Bala dili" jurnalını vərəqləyərkən dəhşətə gəldim. Boyanın kəskin iyi nəfəsimi kəsirdi az qala. Elə buna görədə çoxu xarici jurnallara üz tutur, kimi isə elə bu jurnallarla kifayətlənməli olur. Bəs fotoqrafiya ? Birbaşa fotoqrafiyaya aid hələ ki heç-bir jurnalımız yoxdur. Yenə üz tuturuq rusiyadan gələn jurnallara. Kiçik bir araşdırma apardım. Maraqlı gəldi, görəsən keyfiyyəti ilə göz oxşayan bu jurnallar rusiyanın hansı mətbəəsində çap olunur ? Sən demə ən çox oxudumuz fotojurnalların heç biri rusiyada çap edilmir. Niyəsini bilmirəm, amma diqqətinizə kiçik bir statistikanı nəzərinizə çatdırıram.


"DigitalPhoto" və "Fotomasterskaya"-Lietuvos Rytas mətbəəsində, Litvada çap edilir, tiraj 150 000(bütövlükdə)

"Fotodelo" sonradan "Rossiyskoe FOTO" adlanan jurnal - Litvada çap edilir, tiraj 65 000

"Foto&Texnika" - "Bliç-Print" mətbəəsində, Ukraynada çap edilir, tiraj 60 000

"Foto&Video" -Printall AS mətbəəsində, Estoniyada çap edilir, tiraj 83 000

"BAKI" - ScanWeb mətbəəsində, Finlandiyada və "Mega basım" mətbəəsində Türkiyədə çap edilir, tiraj 60 000

Maraqlıdır elə deyilmi ?

No comments:

Post a Comment