May ayının 19-dan başlayaraq "Parkcinema" kinoteatrında İlqar Safatın rejissorluğu ilə çəkilən "Sahə" filmi ikinci dəfə kino ekranlarına çıxacaq . Maraqlısı odur ki, film rəqəmsal deyil, kinolentdən analoq olaraq göstəriləcək. "Sahə" fimi fotoqrafın uşaqlıq dövrünə mistik səyahətindən bəhs edir. Film 2008-ci ildə Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə layihəsi çərçivəsində istehsal olunub. Davametmə müddəti 115 dəqiqədir. Filmdə 13500 metrdən çox 35 mm-lik Kodak kinolenti istifadə olunub. Kinolent Almaniyanın Münhen şəhərində emal edilib.
No comments:
Post a Comment