20.6.11

Biganəliyin qurbanı fotoqrafiya


Artıq 2011-ci ilin tam yarısına az qalıb. 20 ildir ki, Müstəqilik amma bu dövrdə fotoqrafiyamız durmadan geriləyib.Sonuncu yarım ildə isə yay gəlsə də hələ ki qış yuxusundayıq.
Keçirilən və ya baş tutacaq sərgilər demək olar ki hamısı rəssamlığa aiddir. Məncə bu ilin yeganə maraqlı hadisəsi elə photoprint.az layhəsi olub. Görəsən nə vaxta kimi belə davam edəcək ? İkinci ildir ki Gürçüstanda keçirilən Beynəlxalq festivalda bir-neçə yerli fotoqraflar iştirak edib. İştirak etməsəm də dost-tanışlar maraqlı tədbir olduğunu söyləyirlər. Bu ərəfədə Gürcüstandakı fotoqrafiyanın vəziyyəti ilə də maraqlandım. Orada fotoqrafiya daxil olmaqla Müasir İncəsənət Məktəbi var, Fotoqrafiya Evi fəaliyyət göstərir və fotoqrafiya jurnalı çap edilir. Kitabxanalardan fotoqrafiyaya aid müxtəlif dərəcədə, münasib qiymətə maraqlı kitablar tapmaq mümkündür. Yuxarıda ad çəkilənlərdən bizdə heç-biri yoxdur. Məktəbə gəldikdə isə Sənan Ələskərovun və Sevinc Alsanovanın fərdi məktəbini tanıyıram. Bakıdakı kitabxanalardan birində maraq üçün fotoqrafiyaya aid kitab istəsəm də tapdığım kitab "Makroçəkiliş"-ə aid olan bir kitab oldu. Bu gün bizim fotoklublarımız da yoxdu. Bir vaxtlar fotoqrafiyanın inkişafı üçün dəyərli vaxtlarını və pullarını sərf edən insanlar artıq öz işləri ilə məşğul olurlar və öz gələcəylərini qururlar. Onlar gedir yenilər gəlir və çox keçmir ki, hər şey yenidən başlayır. Başqa yerlərdə belə insanlara aylıq məvacib verirlər ki, bəs Sən incəsənətə sərmayə yatırırsan, çoxsağol! Fotoqrafiyaya aid yeganə rəsmi təşkilat Azərbaycan Fotoqraflar Birliyi(AFB)- çətin günlərini yaşayır. Heç-bir maliyyə dəstəyi olmayan AFB Bakıda özünə yer tapa bilmir. Bu gedişlə dah neçə il keçəcək bilmirəm, dönüb ötən illərə baxdıqca kədər hissi məni boğur.

No comments:

Post a Comment