Burada Sizlərə Mənual(əl ilə) fokuslanmadan danışacayıq. Mənual fokuslanmanın üstünlükləri və zəif cəhətlərindən bəhs edəcəyik. Güzgülü fotokamra obyektivlərinin demək olar ki hamısında Avto mə Mənual fokuslama var. Bu son zamanlar kompakt fotokameralarda da quraşdırılır. Desəm yanılmaram ki, fotoqrafiyanın əksəriyyəti avto rejimində çəkilir. Amma mənual fokuslanmanın istifadə olunmasının da obyektiv səbəbləri var. Fotokamerada avtofokuslama AF, mənual isə MF ilə işarələnir.
Mənual fokuslamanın əsas üstünlükləri
Zəif işıqlanma.
Zəif işıqlanmada fotokameranın avtofokuslanması çətinləşir. Linza bir tərəfdən digər tərəfə hərəkətə gələrək fokuslanmağa çalışır. Zəif işıqlanma nəticəsində aydın hissələr olmadığından fokuslanma çətinləşir. Bu arada mənual fokuslama ilə asanlıqla çəkiliş apara bilərik. Nəzərə alın ki mənual fokuslanma zamanı ştativ istifadə etmək məsləhətdir.
Şüşədən çəkiliş
Yəqin ki nə vaxtsa şüşə və ya pəncərə şüşəsindən şəkil çəkməyə cəhd etmisiniz. Adətən bu zaman fotokameranın fokuslanması çətinləşır, və yaxud heç fokuslanmır. Məsələn, muzeydə şüşə qutularda əşyaları, zooparkda şüşə divarlardan çəkərkən belə problemlər yaşanır. Mənual fokuslanma bu şəraitdə Sizə kömək edəcək.
Makroçəkiliş
Makroçəkilişdə də mənual fokuslama tövsiyyə ediləndir. Bu çəkilişdə “dəqiqlik dərinliyi” az olduğu üçün bəsən avtomatik fokuslama çətinləşir. Burada üçayaq istifadə etmək daha yaxşıdır. Mənual fokuslama isə Sizə daha dəqiq və aydın kadr əldə etməyə imkan verəcək.

Cox sag ol Habib.Lazimli melumatlardi.davami olsa sevinerem.TSK
ReplyDelete