18.5.10

Ağ/Qara fotolenti özün aşkarlamaq istəsən

Fotolentin aşkarlanma üçün lazım olan məhlullardan öncə bunu həyata keçirmək üçün vacib olan ləvazimatlardan yazmaq istərdim. 


Fotobak
İşıq keçirməyən qutu və içində spiral tipli qəfəsdir. Fotolent qəfəsə sarıyaraq məhlulda aşkarlanması aparılır.
Şəkildə göstərdiyim bak sovet istehsalı olandır. Amma ən yaxşısı JOBO, Kaizer, Paterson baklarıdır. Ən yaxşısı ilsə dəmir kürəli lent fiksatorlu olanlardir. Bu fiksatorlar lenti sıxıb saxlayaraq spirala dolanmasını təmin edir. Fiksatorsuz sprirallar bir qədər çətin ola bilər ilk öncə. Bu halda lenti əl ilə sıxıb spirala dolamaq lazım gəlir.



img17.imageshack.us/img17/667/p49b3079451.jpg
Saniəölçən 
Saniəölçən müxtəlif də ola bilər. Əsas prosses başlayandan vaxtı qeydə alsın. Laboratoriya saniəölcənləri də olur. Onları hətta qaranlıqda da görmək olur.
img11.imageshack.us/img11/465/silk715440991546666.jpg

Termometr

Termometr isə civəli olması məsləhətdir. Eyni zamanda laboratoriyalarda istifadə olunanı əldə etmək daha yaxşıdır. Onların nazik uzun uc hissəsi fotobakın kiçik gəliyindən məhlilun temperaturunu ölçmək mümkündür.
img91.imageshack.us/img91/1740/thermometr2028084802831.jpg
Qab-qacaq

Məhlulları hazırlamaq üçün bir neçə şüşə (və ya plastik) qab və menzurka (maye ölçmək üçün dərəcələrə bölünmüş stəkan) lazım olacaq.
Şüşə qabda məhlullar saxlanılır. Menzurkada isə hazırlaır.
Sancaqlar

Fotolent aşkarlanandan sonra qurudulma zamanı sancaqla asılır. aşağı son tərəfə də sancaq lazım olur. Bu həm lenti sabit saxlayır və quruduqdan sonra düz qalmış olur.



Göründüyü kimi ev şəraitində aşkarlanma çox çətin olmasada lentlərin və reaktivlərin Bakıda alınması demək olar ki sıfıra bərabərdir. Amma bunun da yolları var. Bu barədə növbəti posta yazmağa hazırlaşıram.


Uğurlar Sizə...



No comments:

Post a Comment