Bu postu yazaraq düzəltdiyim, "Fun" kameraya lenti necə yükləməyi izah etməyə çalışacağam. Şəkildən göründüyü kimi dolu lent kameranın solunda boş kaset isə sağ tərəfdə yerləşir. Baş qa cür heç mümkün də olmayacağına ümid edirəm.
Lenti boş kasetə daha rahat bərkitmək üçün lentin sonliğunu kəsmək lazım gələcək.
Bundan sonra lentin boş kasetə skoçla bərkidilməsini həyata keçirəcəyik. Qeyd edim ki, bu əməliyyatın etibarlı olmasına əmin olmaq lazımdır. Yəni lent boş kasetə möhkəm bağlanmalıdır. Əkas halda lentin dolu kasetdən çıxarılması alınmayacaq.
Bununla da kameranın ən "çətin" işi arxada qalır. Bundan sonra biz bu lenti kameraya yükləyəcəyik. Lentin yüklənməsi də bundan əvvəlkilər kimi kifayət qədər asan və rahatdır. Bunları şəkillərdə göstərməyə çalışıram Sizlərə.
Kasetlərin kameranın altlığına qədər oturmalıdır.
Və lent fırladan dəstək böş kasetin işərisinə keçərək kameranın qapağı rahatlığla bağlanmalıdır.
Sonda kameranın qapağını rezinlə hər iki tərfdən bərkidirik və işıqlanmış lenti dəstəyi saat əqrəbi istiqamətində 2-3 dairə firladırıq. Beləliklə Sizin kamerə çəkilişə tam hazırdır. Uğurlar Sizə...









No comments:
Post a Comment