21.6.10

Ən yaxşı fotoməqalə minimüsabiqəsi

Fotoqrafiya sahəsində milli resursların azlığını nəzərə alaraq Sizlərlə mini müsabiqə keçirmək istərdim. Müsabiqəmiz fotoməqalədən ibarət olacaq.

Hansı mövzular iştirak edə bilər ?

-Fotoçəkiliş təcrübəsi
-Stil/Üslub(peysaj,portret,sənədli,janr və s.)
-Hüquqi aspektləri
-Ekspozisiyanın təşkili
-Özün düzəlt
-Studiya çəkilişi
-Fotolent-Analoq fotoqrafiya
-İstiqamət, yonləndirmə və analitika

Hansı mövzular iştirak edə bilməz ?

-Toy fotoqrafiyası və bununla bağlı məsləhətlər
-Fotoreportajlar və turlar.
-Fototexnikanın müzakirələri.
-Fotoşəkillərin qrafik redaktorda emalı

İştirak edən bütün məqalələr müəllifin adının göstərilməsi şərtilə dərc edilə bilər. Məqalə mövzunu tam əhatə etməlidir və yeni olmalıdır.

Ana dilimizdə müəyyən qədər Qrafika.az saytının forumunda resursların toplanmasına nail olmuşuq. İndi Sizin məqalənizə də ehtiyyacımız var.Bu qədər vacib bir işdə Siz də özünüzü sınayın.Çox şey istəmirik, sadəcə bir məqalə. Burada 1-ci, 2-ci və s. olmayacaq. Sadəcə yaxşı məqalələri digərləri ilə paylaşacayıq.

Məqalənizi avqust ayının sonuna kimi hmuradov@gmail.com ünvanina göndərməyinizi rica edirəm.

Hörmətlə,

Həbib Muradov

2 comments:

  1. Professional fotoqraflar ishtirak etmelidirler?

    ReplyDelete
  2. Kim istəsə iştirak edə bilər.

    ReplyDelete