
80-cı illər Cində daxili və xarici bazar üçün istehsal olunan Holga kemeraları çox keçmədi ki on minlərlərlə azarkeşi oldu. Bəzi kameralar kimi Holga mağazaların rəflərində qalıb tozlanmadı əksinə, bütün dünyada məşhurlaşdı.Həmin zamanlar 120 formatı Çində, Amerikada, Avropada yayılmışdı. Qəribə qruluşu və bir az böyük olan 120 formatlı ucuz qiymətli Holga kameraları xüsusiylə tələbə-fotoqraflar arasında çox məşhur idi. Kamera kifayət qədər sadə və asan istifadəsi var. Onun mövcud deffektləri isə Holğanı daha da məşhur etdi. Lomoqrafların və bir çox fotoqrafların sevimli kamerasina çevrildi. Əsas üstünlüklərindən güclü kontrastlığı,lentin kənar işiqlanması, aydın rənglər və plastik obyektivin vinetkasıdır.
Holga kameralarının aşağıdakı modelləri vardır:
Holga 120 S —ən birinci Holga.Yeganə pərdə sürəti 1/100 -dür, linza plastikdir, tənzimlənən fokuslanma, işləməyən diafraqma çeviricisi, işartı yuvası və 6x4,5 sm. formatı üçün çərçivəsi var.
Нolga 120 N — təkmilləşdirilmiş versiya, 120 S kimi eyni linzaya malik, amma daha daha zəif pərdə sürəti ilə çəkiliş imkanina malik, ştativ yuvasi və dəyişdirilə bilən müxtəlif formatlı kadr çərçivələri var.
Нolga 120 SF —eynilə 120 S kamerası quraşdırılmış işartı ilə.
Нolga 120 FN — bu isə 120 N işartı ilədir.
Нolga 120 CFN — işartıya rəngli filterlər əlavə edilib.
Нolga 120 GN— eynilə 120 N kamerası linzası isə plastik deyil şüşədəndir.
Нolga 120 GFN - Holga 120 FN kamerası işartı ilə.
Но!да 120 GCFN —şüşə obyektivlə 120 CFN kamerası.
Нolga 120 РС — obyektiv əvəzinə pinhol quraşdırılıb. 0.25mm, f/192.
Нolga 120 WРС — panoram pinhol kamera
Нolga 120 3D — iki şüşə obyektivli stereo kamera
Нolga 120 РС-ЗD — pinhol stere kamera.
Нolga 135 — 35 mm lik lentə çəkən Holga
Нolga 135 BC — 350-mm lik Holga 45 mm lik plastik obyektivlə.
Holga 135 РС — eynilə 135 BC quraşdırılmış pinhol ilə
Нolga 135 АFХ — 35 mm-lik Holga. 38 mm f/3.8 obyektiv, infra qırmızı avto fokus, avtomatik lentin yığılması və quraşdırılmış işartısı var.

faydalı postdur.Hebib,burda satışda Holga var?Qiymeti?
ReplyDeleteebayd-dən almaq olar. 25-30 dollara.
ReplyDelete