Azərbaycan Fotoqraflar Birliyi nəzdində 1 noyabr 2010-cu il tarixindən etibarən, Mirnaib Həsənoğlunun Azərbaycanda ilk dəfə olaraq azərbaycan dilində Fotoqrafiya kursu tədrisə başlayır.
Fotoqraf olmaq – hadisəni, fikri və ya emosiyanı fotoqrafiya vasitəsi ilə görmək və göstərmək qabiliyyətidir. Bunun üçün xüsusi insani və estetik, müəyyən tarixi və incəsənət, eyni zamanda fotoqrafik materiallar, proseslər və texnologiyalar sahəsində dərin biliklərə malik olmaq şərtdir.
Fotoqraflar bir çox sahələrdə: ənənəvi nəşriyyat, internet və reklam işindən tutmuş, dəb, teatr, şou-biznes, o cümlədən şirkətlərin xarici əlaqələrinə qədər bir çox sahələrdə tələb olunandırlar.
Bu kurs fotoqrafiya dünyasını bir sənət, peşə kimi qavramaq üçün pəncərə açaraq, ətraf mühitə yeni nəzərlə baxmaq, hətta ən adi əşyaları belə başqa gözlə görmək imkanı verəcək.
Kursda əsas fotoqrafiyanın yaradıcı aspektlərini vurğulanacaq.
Kursa daxildir:
• Nəzəri və əyani hissələr
• Fotoqrafiya tarixi,Azərbaycan fotoqrafiyası ilə bağlı mühazirələr
• Fototexnikanın əsasları
• Studiya çəkilişlərinin nümayişi
• Ağ-qara fotolentin və fotokağızın aşkarlanması prosesinin əyani nümayişi
• Məhşur Azərbaycan və xarici fotoqrafların işlərinin nəzərdən keçirilməsi və müzakirəsi
• Kurs dinləyicilərinin yerinə yetirilmiş tapşırıqlarının müzakirəsi
• Ev tapşırıqları verilmiş nəzəri biliklərin qavranmasına yönləndiriləcək:
• Kompozisiyann tərtib olunması
• Peyzajın, portretin, natyurmort ,makro,studiya, gecə, reportaj,çəkilişi
• Verilmiş tapşırıq üzrə çəkiliş
Kursu professional fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, bir sıra beynəlxalq fotosərgilərin iştirakçısı Mirnaib Həsənoğlu aparacaq.
Kurs bitəndən sonra Azərbaycan Fotoqraflar Birliyi (AFB) seçilmiş işlərdən ibarət fotosərgi təşkil edəcək, dinləyicilər kursu bitirmələri haqqında AFB-nin sertifikatlarını alacaq, ən yaxşı fotoqrafiya AFB diplomu ilə təltif olunacaq.
Tədris proqramı üç (3) aylıq, hərəsi 2 saat olmaqla 26 dərsdən ibarət nəzərdə tutulub. Dərslər həftənin cərşənbə və çümə günləri, saat 18.30-20.30 arası keçiriləcək.
Qiyməti: 300 manat
Əlaqə:
Tel: 5984434 (saat 13.00-17.00 arası)
e-mail: info@photographer.az

No comments:
Post a Comment