Robert Kapa fotoqrafiya tarixinin ən məşhur müharibə fotoqrafıdır. Özündən sonra qoyduğu minlərlə fotoşəkilləri hələ də bir çox fotorepartyorları heyran etməkdə davam edir. Buna baxmayaraq nəin ki azərbaycan dilində heç rus dilində də Kapa haqqında tam dolğun məlumat çap edilməyib.
"Gizli Perspektiv"(Скрытая перспектива) İkinci Dünya müharibəsi haqqında dolğun, maraqlı və qorxulu xatirələr kitabıdır. Müxtəlif nəşriyyatların sifarişlərini yerinə yetirərkən Kapa İkinçi Dünya müharibəsinə elə müxtəlif tərəflərdən yanaşıb. O, İngiltərədə, Şimali Afrikada, İtaliyada, Fransada və Almaniyada fotoşəkillər çəkmişdi.
Müəllifi Kapa olduğu "Slighlty Out of Focus" kitabı rus dilində bu ilin dekabır ayında Klaudberri nəşriyyatında çapdan çıxacaq.
P.S. Fotoqrafiya haqqında azərbaycan dilində adı bir internet resursunun, fotojurnalın, təhsilin olmadığı yerdə kitab gözləmək tərəfimdən qeyri-ciddi hərəkət olardı yəqin. Odur ki, Xeyirli olsun!

No comments:
Post a Comment