Beləliklə bilirik ki, pinholun diametri 0.3 mm-dir. Camera design hissəsində pinholun diametrini və fokus məsafəsini daxil etməklə pinhol obyektivin diafraqmasını təyin etmiş olarıq. Bu halda obyektivin diafraqması f/150-dir. Camera design hissəsinin qarşısındakı rəqəmlər proqramın təyin etdiyi optimal qiymətlərdir. Ekspozisiya faktoru adı qaydada kameranın və ya eksponometrin f/22 də təyin etdiyi göstəricidən 46.5 dəfə çox olduğunu göstərir.
Indi isə diafraqması 150 olan kameranın ekspozisiya müddətini təyin edəcəyik. İstifadə edəcəyimiz fotolentdən asılı olaraq ekspozisiya cədvəlini əldə edirik. Bu cədvəli bir-neçə mənt redaktoru formatında da yadda saxlamaq mümkündür.
PinholeDesigner proqramını azərbaycan dilinə tərcümə etmək istəsəm də müəllif bunu mümkünsüz olduğunu bildirdi. Doğrusu əksəriyyəti terminlər olan proqramı tərcümə etməkdə fikrim qətidir :)


No comments:
Post a Comment