21.3.11

nə üçün Pinhol ?

Deyilənlərə görə hələ çox qədimdən Şimali Afrikada insanlar ov ovlamaq üçün dəridən düzəldilmiş mağaralara dəlik açmaqla ovlarını müşahidə edərdilər. İlk dəfə olararaq obskura prinsipi yazılı olaraq Aristotelin əl yazmalarında mövcuddur. Əlyazmalarda Aristotel dəlikdən keçən Gün işığının nə üçün təsvir yaratdığı sualını vermişdi. Bizim eradan əvvəl 350-ci illərdə Aristotel obskuradan Günəş və Günəş tutulmasının müşahidə etmək üçün istifadə edirdi. İranlı fizik və riyaziyyatçı İbn Əl-Haytəm indiki kamera-obskura kimi tanıdığımızin nəzəriyyəsi haqqında geniş məlumat vermişdi. Eyni zamanda İbn Əl-Haytəm “Optika” kitabında(965-1039) kiçik dəlik təcrübəsi barədə geniş məlumat verir. Sonradan bu kitab latin dilinə tərcümə edimiş və bu nəzəriyyə kamera tarixinin mövcud olduğu gündən əsas mənbə kimi istifadə edilmişdir.

  1571-1630-cu illərdə Kepler Aristotelin sualına cavab verərək kameranın nəzəriyyəsini hazırlayır və ona kamera-obskura adını verir. Leonardo Da Vinçi təbiət rəsmlərini çəkərkən kamera obskuradan istifadə edirdi.


Bundan sonra bu kameralar müxtəlif elmi-araşdırmalarda istifadə edildi və böyük otaqlardan ibarət olan obskuralar daha kiçik, kompakt formaları meydana gəldi. Əlavə olaraq dəlik əvəzinə linza da yerləşdirildi. Tarix boyu Keplerdən başlayaraq obskuraya, kamera-klara, refleks kamera və s. adlarla adlandırılıb. Fotoşəkil çəkmək üçün uyğunlaşdırılmış obskuralar fotokamera adlandırılmağa başlanıldı.

      Pinhol kamera birinci kamera olmasa da, intənilən fotoaparatın  işləmə prinsipi tarixdə bizim eramıza qədər IV əsrdən bizlərə məlumdur.Pinhol kamera və ya pinhol-linzasız kameradır. Obyektiv əvəzinə iynə ilə açılmış kiçik dəlikdən istifadə edilir. Nə üçün kamera-obskura, stenop yox məhz, pinhole ? Terminalogiyamızda belə bir terminin olmaması üzündən elə “pinhol” kimi qəbul etmək məcburiyyətindəyik.

  Pinhol sözünü ilk dəfə 1856-cı ildə şotland fiziki Deyvid Bryüster “Stereoskop” adlı kitabında işlədib. O, kitabda inamla əmin edirdi ki, fotokimyanın inkişafı, fotomaterialların işığahəssaslığı artması ilə əlaqədar linzasız kameralar, bir sözlə pinhol fotoqrafların sevimili alətinə çevriləcək. Eyni zamanda kitabda göstərilmişdir ki, o çox zəif günəş işığında kiçik dəlik vasitəsiylə 10 dəqiqə vaxt sərf edərək fotoşəkil çəkmişdir. Elə buna görə də Bryüster fotoqrafiyada kiçik dəlikdən istifadə edən ilk şəxs kimi tanınır.

Pinhol kamera XIX əsrin 90-cı illərində kifayət qədər məşhur idi. Avropada, Amerikada, Yaponiyada pinhol kameralar istehsal olunur, kitablar nəşr edilir, birliklər yaradılırdı. XX əsrin 60-cı illərində avropalı entuziastların səyi nəticəsində linzasız fotoqrafiyaya maraq daha geniş, daha çox ölkələrdə artmağa başlayır.

  Yekunda demək olar ki, Pinhol fotoşəkil çəkmək üçün linzasız kamera obskuradır.

1 comment: