Pinhol fotoqrafiya ilə maraqlanan hərkəs Ümumdünya Pinhol Fotoqrafiya Günü-ə çox asanlıqla qoşula bilər. Bunun üçün Siz nə etməlisiniz.
24 Aprel 2011-ci il: Tarixinə qədər pinhol kameranızı hazır edin!
Əgər,artıq Siz pinhol kamera sahibisinizsə:
- Onun işlək vəziyyətdə olmasını test edin.
- Fotolent, fotokağız və ya digər işığahəssas material alın.
- Bunu özünüz düzəldin
- Ekspozisiya müddətini təyin etmək üçün kameranı test edin.
- Fotolent, fotokağız və ya digər işığahəssas materialdan istifadə edərək kamera və prosseslərlə qavramanıza tam əmin olun.
- Əgər pinhol fotoqrafiya ilə tanış deyilsinizsə internetdən personal pinhol sərgilərinə nəzər yetirin və pinhol haqqında təsəvvürünüzü artırın.
- Pinhol fotoşəkillərinizə baxın. Çəkdiyiniz pinhol fotoşəkilləri digərləri ilə müqayisə edin. Çəkiliş zamanı istədiyiniz nəticəni əldə edə bildiz ?
- Hansı növdə fotoşəkilləri daha çox üstünlik verəcəyinizi planlaşdırın.
- Çəkiliş üçün hara gedəcəyinizi planlaşdırın.
24 Aprel 2011-ci il: Kameranızı götürün və pinhol fotoşəkillər çəkin!
Bu zövq almaq üçün əla bir gündür. Özünüz və ya dostlarınızla birlikdə gedərək pinhol kameranızdan dünyaya yeni baxışlarınızı qurun.Əgər hava şəraiti əlverişli deyilsə, yadda saxlayın ki, Siz pinhol fotoşəkillərinizi içəridə də əldə edə bilərsiniz. Siz evinizdən çölə çıxmadan pinhol kameranızın sehirli gözü ilə kifayət qədər maraqlı obyektlər kəşf edə bilərsiniz.
Ləzzət alın və dünyanın digər pinholçuları ilə düşüncələrinizi paylaşın.24 Aprel dən sonra: Şəkilləriniz aşkarlayın və bu sayta yükləyin!
- Fotoşəkilləri aşkarlayın və ya onları minilaba aparın.
- 24 Aprel 2011-cu il tarixində əldə etdiyiniz pinhol fotoşəkilləri diqqətlə nəzərdən keçirin.Burada Sizin seçim imkanınız var. Nəzərə alın ki, bu fotomüsabiqə deyil. Burada pis və ya yaxşısı yoxdur. Hər bir pinhol fotoşəkil unikaldır. Paylaşmaq istədiyiniz və sevdiyiniz fotoşəkillərdən yalnız birini seçin!
- Sadə qaydaları nəzərə alaraq fotoşəkli sayta yükləyin.
No comments:
Post a Comment