Reza Diqqəti ilə görüş
28 noyabr bazar günü Webistan agentliyinin yaradıcısı, məşhur fotoqraf Reza Diqqəti Azərbaycan Fotoqraflar Birliyinin qonağı olmuşdur.
Qısa tərcümeyi-hal.
Reza 1952-ci il 26 iyul tarixində İran, Təbrizdə doğulub. 1968-ci ildən başlayaraq fotoqrafiya sənətini müstəqil şəkildə öyrənməyə başlayır. Üç ildən sonra Tehran Universitetinə qəbul olur və orada memarlıq təhsili alır.
1970-80-ci illərdə Frans-Press (AFP) Agentliyində işləmiş, Newsweek üzrə Tehran müxbiri kimi çalışmış, eləcə də, Time jurnalı üçün Yaxın Şərq müxbiri olmuşdur. 1989-90-cı illərdə Əfqanıstanda BMT proqramı üzrə məsləhətçi olmuşdur. Bu dövrdə o UNICEF üçün foto şəkillər çəkməyə başladı və National Geographic jurnalkı üçün tapşırıqları yerinə yetirdi, xüsusilə də, NG jurnalı üçün o, “Abraham: İnam Yolu” və “Puştu torpağında Ben Laden kabusunun təqibi” kimi foto tarixlər çəkmişdir. Bu dövrdən başlayaraq o həm də, Figaro, Vanity Fair və New York Times jurnalları üçün foto şəkillər çəkmişdir.
Rezanın əsərləri dərc edilmiş və Kanada, Kuba, İngiltərə, Fransa, Almaniya, İran, İtaliya, Liviya, Niderland, Pakistan, Ispaniya, İsveçrə və Birləşmiş Ştatlarda nümayiş etdirilmişdir.
1996-cı ildə Reza Ruanda qaçqınları ilə işinə görə Ümid mükafatı alır. 2001-ci ildə o, Əfqanıstanda “Ayna” – Mədəniyyət və Media mərkəzinin əsasını qoyur, burada məqsəd Talibanın susmağa məcbur etdiyi millətə azad mətbuatı gətirmək idi. O cümlədən, Reza 2005-ci ildə Fransa senatının prezidenti Kristian Ponsele tərəfindən Fəxri Legion Kavaleri titulu ilə - mükəmməl ictimai və şəxsi xidmətlərinə görə milli mükafatla təltif olunmuşdur. 2006-cı ildə İspaniyanın Vəliəhd Şəhzadəsi Filipe onu Asturiya Şəhzadəsi Medalı ilə təltif etmişdir. Həmin ildə o, həmçinin Kolumbiyada, Missuriya Universiteti tərəfindən Jurnalistikada göstərdiyi xidmətlərinə görə Medalla təltif olunmuşdur.
 |
| Foto: İsmayıl Kərimov |
 |
| Foto: Məcid Əliyev |
 |
| Foto: Məcid Əliyev |
Maraqlıdır! Heyif, istərdim görüşüm.
ReplyDeleteReza vaxt-aşırı gəlir Azərbaycan. Ümid edirəm belə görüşlər olacaq hələ
ReplyDeleteHəbib ! mənbə AFB - dir. Şəkilə görə isə dəyməz! senidə sağ ol!
ReplyDeleteSəhv etmirəmsə tərcüməni Sən etmisən. Hər-halda təşəkkür edirəm.
ReplyDelete